"Gəncə" klubuna qarşı oyun səhvlərimizi görmək və nəticə çıxarmaq üçün çox önəmli oldu.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Ordu” klubunun amerikalı basketbolçusu İsiah Pope mövsümün startı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, çempionata inamlı başladıqlarını vurğulayıb:
“Mənə elə gəlir ki, mövsümə inamlı başlamışıq. Düzdür, çoxları bizi qınayır ki, III turda “Gəncə”yə uduzduq. Ancaq fikrimcə, bu oyun səhvlərimizi görmək və nəticə çıxarmaq üçün çox önəmli oldu. Yaxşı oynamaq üçün daha çox çalışmalı və irəli getməliyik. Ona görə də hesab edirəm ki, mövsümün əvvəli bizim üçün yaxşı keçir və növbəti matçlarda özümüzü oyun planında daha da inkişaf etdirəcəyik”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının III turunda baş tutan "Ordu" - "Gəncə" görüşü ikincilərin 82:61 hesablı qələbəsi ilə yekunlaşıb.