AZ

İlham Əliyev 3 ay əvvəl Tramp barədə nə demişdi? - Video

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı namizəd Donald Tramp qalib gəlib. İndi bir çoxları gələcək administrasiyanınAzərbaycanla bağlı siyasətinin necə olacağı barədə düşüncələrə qapılıb.

Bu ilin iyul ayında Şuşada keçirilən Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə Donald Trampla bağlı suallar ünvanlanıb.

Prezident İlham Əliyev prezident seçkilərindən əvvəl bu suala cavab verməyin siyasi mədəniyyət anlayışı baxımından doğru olmadığını bildirsə də, kimin qalib gəlməsi bütün dünya üçün xüsusi əhəmiyyətə malik olduğunu dilə gətirib:

O, bir çox xalqların və ölkələrin gələcək taleyinin böyük dərəcədə ABŞ-ın birinci şəxsinin verəcəyi qərarlardan asılı olacağını qeyd edib:

“Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.

Bundan başqa, Prezident vurğulayıb: "Əlbəttə ki, Azərbaycan-ABŞ əlaqələri, onun görünən tərəfi haqqında danışdıqda, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olubdur. Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi".

İlham Əliyev ABŞ mediasından şikayətlənərkən də Donald Trampın dəyərləndirməlirini əsas gətirib: "Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq. Mən cənab Prezident Trampı “Vaşinqton Post” və “Nyu-York Tayms”ı “feyk nyus” adlandırmasını artıq qeyd etdim. Yəni, “Vaşinqton Post” təsəvvür edin ki, redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar. Hikmət Hacıyev bunu bilir..."

(yenisabah.az)

Seçilən
14
1
turkustan.az

2Mənbələr