ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Tramp qalib gəlib.
Missiya.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Tramp dörd illik fasilədən sonra Ağ Evə qayıdacaq. Viskonsin ştatındakı liderlik ona qələbə qazandırdı. Ümumilikdə Tramp qalib gəlmək üçün lazım olan 270 seçici səsindən 277-ni toplayıb”, - deyə vurğulanıb.
Qeyd olunub ki, onun rəqibi Demokratlar partiyasının namizədi Kamala Harris isə 224 seçici səsi toplayıb.
Daşqın HəsənovMissiya.Az