AZ

Bu qidalar insanı tox saxlayır

“Toxluq hissini yaratmaq mədənin işidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, mədə dolu olarsa, beyinə bununla bağlı siqnal ötürülür.

Mütəxəssis qeyd edib ki, tərkibi su ilə zəngin olan qidalar, protein, lifli qidalar insanları tox saxlamağa kömək edir.

"Şəkərli qidalar bizim tez acmağımıza səbəb olur. Çünki şəkər tez sovrulur və qanda şəkərin miqdarı artır. Biz ona görə deyirik ki, tez acmamaq üçün meyvənin suyunu içməyin, özünü yeyin".

Mina Mikayılova

Seçilən
16
bakivaxti.az

1Mənbələr