AZ

Dominqo Məkkəyə girən ilk ispan idi

Bakı, TurkicWorld

Dominqo Fransisko Badia Məkkəyə gələn ən məşhur səyyahlardan və casuslardan biri sayılır.O Məkkəyə girmək üçün 1803-1807-ci illərdə Əli Bəy Əl-Abbasi adından istifadə etmişdi və həcc ziyarəti adı altında bu müqəddəs şəhərə girmişdi. Dominqo əslində bir ispa casusu idi.

“Müsəlman səyyah” kimi fəaliyyəti ona bir çox ölkələri gəzməyə və onların sakinlərinin həyatı ilə tanış olmağa imkan verdi. O Misir, Mərakeş, Surba, Livan və Fələstində yaşayan xalqların adət-ənənələrini öyrənmişdi.
Dominqonun Məkkəyə çatmazdan əvvəl Ərəbistan yarımadasının bəzi yerlərində dolaşdığı deyilir.
Təcrübəli casus olan Dominqo istədiyi məlumatı əldə etmək üçün adını müsəlman adından faydalanırdi, ərəb geyim tərzini mənimsəməsi ona bu ildə olduqca yardımçı olurdu. Dominqo mükəmməl bir ərəvbcəyə sahib idi.

İspaniya hökuməti ondan Mərakeşi işğal etmək planı hazırlamağı istəmişdi. Dominqonun fəaliyyətləri Mərakeşdə şübhə doğurduqda o 1805-ci iləd oranı tərk edərək, Tripoliyə ordan da , İsgəndəriyyəyə getdi.

Dominqo altı ay orada qaldı, sonra Qahirəyə köçdü, burada Qahirə şeyxləri tərəfindən isti qarşılandı, lakin “həcc üçün” Məkkəyə yola düşdü.

O, 1814-cü ildə “Əli Bəy Əl-Abbasinin Afrika və Asiyada 1803-1807-ci illərdə səyahətləri” adlı, üç hissədən ibarət ilk kitabını fransız dilində nəşr etdirdi və kitabı Fransa kralı XVIII Lüdoviqə təqdim etdi.

Bu kitabın ingiliscə tərcüməsi 1816-cı ildə “Əli bəyin 1803-1807-ci illər arasında Mərakeş, Tripoli, Kipr, Misir, Ərəbistan, Suriya və Türkiyədə səyahətləri” adı ilə iki hissədə nəşr olundu. 1816-cı ildə alman dilinə, sonra isə italyan dilinə çevrildi və kitab əvvəlki tərcümələrdə olduğu kimi Əli Bəy Əl-Abbasi adına deyil, 1836-cı ildə əsl müəllif Dominqo Fransisko Badia adı ilə ispan dilində çıxdı.

Dominqonun 1818-ci ilin sentyabrında dizenteriyadan vəfat etdiyi deyilir. Lakin digər məlumatlarda onun Hindistanda zəhərləndiyi bildirilir. Dominqo İordaniyanın cənub-şərqindəki Balqa qalasında İslam adatlərinə uyğun olaraq dəfn edilib.

Seçilən
30
turkic.world

1Mənbələr