AZ

“ABŞ Ukraynadakı münaqişənin sona çatmasına töhfə verə bilər” - Peskov

“Ukrayna ilə münaqişəni bir gecədə bitirmək mümkün deyil, lakin ABŞ münaqişənin daha tez bitməsinə kömək edə bilər”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Biz dəfələrlə demişik ki, ABŞ Ukraynadakı münaqişənin sona çatmasına töhfə verə bilər. Bunu, əlbəttə ki, bir gecədə etmək olmaz”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, ABŞ-də keçirilən prezident seçkilərində qələbə qazanan Donald Tramp Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyini bəyan etmişdi.

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr