İsveç yığmasının UEFA Millətlər Liqasında Slovakiya və Azərbaycan ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Yan Dal Tomasson 23 futbolçuya dəvət göndərib.
Qapıçılar: Viktor Yohansson, Kristofer Nordfeldt, Yakob Videl-Setterström;
Müdafiəçilər: Emil Kraft, Qabriel Qudmundsson, İsak Hin, Ken Sema, Karl Starfelt, Viktor Lindelöf ,Erik Smit, Daniel Svensson;
Yarımmüdafiəçilər: Yasin Ayari, Lukas Berqvall, Niklas Eliasson, Deyan Kulusevski, Hüqo Larsson, Hüqo Bolin, Emil Forsberq, Yesper Karlström;
Hücumçular: Viktor Dyökereş, Aleksandr İsak, Sebastian Nanasi, Anton Saletros.
Qeyd edək ki, İsveç millisi noyabrın 16-da Slovakiya ilə, bundan 3 gün sonra isə Azərbaycanla qarşılaşacaq. Komanda hər iki matçı doğma meydanda keçirəcək.