Bakı. Trend:
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın vəKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi iləekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahidplaformanın və milli standartın təqdimatı ilə bağlı konfranskeçirilib.
Konfransda müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatlarınnümayəndələri və sahibkarlar iştirak ediblər.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə KomissiyanınKatibliyinin rəhbəri, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininsektor müdiri Vüsal Şıxəliyev, Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, KOBİA-nınİdarə Heyətinin sədri, müvafiq komissiyada ESG üzrə altqrupun datəmsil olunduğu “Korporativ idarəetmə, investisiyalar və korporativsosial məsuliyyət” işçi qrupunun rəhbəri Orxan Məmmədov, ekologiyavə təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək vəəhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-ninAzərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ESG-ninəhəmiyyəti, ətraf mühitə təsiri, ESG-nin sosial tərəfləri, buprinsiplərin tətbiqinin dayanıqlı və davamlı inkişafa təsiri, özəlsektor üçün faydası və bu sahədə beynəlxalq təcrübə barədəfikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininbaş məsləhətçisi Gülnaz Cavadova ESG üzrə vahid platformaya(https://esghub.az/) və Azərbaycan Standartlaşdırma İnstitutununBaş direktoru İlham Bayramov ESG üzrə milli standarta dairtəqdimatlarla çıxış edib, BMT Azərbaycanın Tərəfdaşlıq və İnkişafMəsələləri üzrə məsul şəxsi Ülviyyə Əkbər ESG platformasınınideyası barədə məlumat verib. Vurğulanıb ki, ESG üzrə vahidplatforma daima yenilənən və ESG ilə əlaqəli hərtərəfli məlumat vəmaterialları birləşdirən resurs mərkəzi rolunu oynayacaq. Platformabizneslərin cari vəziyyəti, dayanıqlılığı, ESG hesabatlılığı üzrəindikator və məlumatları təmin etməklə, xarici investorların cəlbedilməsinə xidmət edəcək. Tərəfdaşlar ESG ilə əlaqəli xidmətlərinibu platforma üzərindən biznes subyektlərinə təqdim edə biləcək,bizneslər isə ESG üzrə təcrübəli mütəxəssis və peşəkar şirkətlərəçıxış imkanı əldə edəcəklər. Platforma ətraf mühit və dayanıqlıinkişaf məsələlərinə, beynəlxalq reytinqlərdə ekoloji performanslabağlı göstəricilərə müsbət töhfə verəcək. Azərbaycanın COP29-a evsahibliyi etməyə hazırlaşdığı ərəfədə istifadəyə verilən ESG üzrəvahid platforma həm də ölkənin ekoloji dayanıqlılığa sadiqliyinibir daha nümayiş etdirir.
Konfransda qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nıntəşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaçərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinəəsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırmaİnstitutu tərəfindən qəbul olunub. “AZS IWA 48:2024 “Ətraf mühit,sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrəçərçivə” dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilktəcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə vətəşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznesmühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyətitəşviq etmək üçün çərçivə təqdim edir. Standartın məqsədi müəssisəvə təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyatakeçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəlsektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəriməmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətinartırılması baxımından müsbət təsir göstərəcəkdir. Standartıntətbiqi könüllü xarakter daşıyır.
Tədbir öz işini “Daha yaşıl gələcəyin qurulması: ESG platformasıvə prinsiplərinin effektiv həyata keçirilməsi üçün strategiyalar”mövzusunda panel müzakirələrlə davam etdirib, iştirakçılarınsualları cavablandırılıb.