AZ

Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək

COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.

Bunu jurnalistlərə açıqlamasında Bakı Baş Səhiyyə Mərkəzi puplik şəxsin direktoru Elçin Əmirov deyib.

E.Əmirov bildirib ki, COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb: “Tibb məntəqələri lazımi avadanlıqlarla təmin olunub”.

Elçin Əmirov onu da əlavə edib ki, Bakıda COP29 üçün yaradılmış xüsusi zolaqlardan təcili tibbi yardım maşınları da istifadə edə biləcək.

Xatırladaq ki, Bakıda 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağan edilib.

Seçilən
17
5
azpost.info

6Mənbələr