1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Noyabrın 7-də Yer kürəsini G1 sinfinə aid zəif maqnit qasırğası bürüyəcək.
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat verib.
Məlumata görə, maqnit qasırğası noyabrın 6-da Bakı vaxtı ilə təxminən saat 21:00-da başlayacaq və gecə yarısına qədər davam edəcək.
Daha sonra noyabrın 7-də Bakı vaxtı ilə saat 04:00-dan 10:00-a qədər davam edəcək. Növbəti partlayış Bakı vaxtı ilə saat 16:00-dan 19:00-a qədər gözlənilir. Bundan sonra, proqnoza görə, maqnitosfer sakit vəziyyətdə olacaq.
Alimlər bu qasırğanı G1 - zəif tufan qasırğa aid ediblər. G5 isə maqnit qasırğasının ala biləcəyi maksimum güc dəyəridir (ekstremal dərəcə güclü fırtına).
Noyabrın 7-də maqnit qasırğasının baş verməsi ehtimalı, saytda qeyd edildiyi kimi, 40% təşkil edir. Eyni zamanda, proqnoza əsasən, yaxın 27 gün ərzində - dekabrın 3-dək maqnit qasırğası gözlənilmir.