AZ

Harrislə Tramp seçkiyə nə az-nə çox, düz 3,5 milyard dollar xərclədilər

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp öz kampaniyalarına birlikdə rekord məbləğdə 3,5 milyard dollar xərcləyərək 2024-cü il seçkisini ABŞ tarixində ən bahalı seçkiyə çeviriblər. 

Ölkə.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşrin yazdığına görə, partiya komitələrinin üzvülüyündən və kənar qrupların töhfələri də daxil olmaqla seçki kampaniyasına ümumilikdə təxminən 4,2 milyard dollar toplanıb.
Nəşr qeyd edib ki,  Demokratların namizədi "Super Pacs" adlanan təşkilatlar vasitəsilə 2,3 milyard dollardan çox pul yığaraq Trampdan daha çox pul toplaya bilib. Harris üçün yığılan məbləğin 1,9 milyard dolları artıq xərclənib.
Trampın komandası 1,8 milyard dollardan bir qədər çox vəsait toplayıb ki, bunun da 1,6 milyard dolları xərclənib.

Toplanan vəsaitin böyük bir hissəsi seçkinin nəticələri üçün əsas hesab edilən namizədi dəstəkləməkdə qeyri-müəyyən mövqe sərgiləyən yeddi ştatda reklama xərclənib.
Harrisin kampaniyasına  təkcə bu ştatlarda reklamlara 1 milyard dollardan çox xərcləyib. 
Trampın seçki kampaniyası büdcəsinin əhəmiyyətli bir hissəsi onun iddiaları ilə bağlı məhkəmə xərclərinə  təxminən 100 milyon dollar ayrılıb. 
Bu xərclər qismən partiya və Elon Musk-ın 118 milyon dollar bağışladığı "America Pac" kimi super qruplar tərəfindən qarşılanıb.

 Mürtəza
Ölkə.Az

Seçilən
26
olke.az

1Mənbələr