AZ

“Gallup” sorğu keçirdi: ermənilər nəyə ümid edirlər?

Məşhur Gallup Sorğu Təşkilatı Ermənistanda 1100 nəfər arasında sorğu keçirib. Tribunainfo.az xəbər verir ki, dünən təşkilat nəticələri açıqlayıb.
Həmin nəticələrə əsasən ermənilərin yarıdan çoxu Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh sazişinin imzalanmasına inanmadıqlarını bildiriblər.
“Ermənistan Azərbaycan və Türkiyə ilə daha sıx əlaqələr qurmaq üçün yeni güzəştlərə getməlidirmi?” sualına 7 faiz bəli, 90 faiz yox deyib.
Ermənilər Ermənistanın ən vacib problemlərini də sadalayıblar. Respondentlərin 76,2 faizi təhlükəsizlik və sərhəd məsələlərini birinci qeyd edib. 19,4 faiz siyasi sabitliyi, 16,4 faiz iqtisadi inkişaf məsələlərini, 9,6 faiz əmək və sosial məsələləri önə çəkib.

Seçilən
24
tribunainfo.az

1Mənbələr