AZ

“Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiqləndi

Bakı. Trend:

“Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib.

Trend xəbər verir ki, Başnazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Əsasnaməyə əsasən, “Naftalan” Kurortu müalicəvi Naftalan neftinəmalik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizminfrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiətərazisidir.

Kurortun ərazisində Naftalan şəhərində yerləşən mənbələrdənçıxarılan Naftalan nefti ilə müalicə, profilaktika, diaqnostika vədigər tibbi xidmətlər (tibbi turizm) və müalicəsağlamlaşdırmayerlərindən istifadə etməklə müalicə-sağlamlaşdırma xidmətlərigöstərilir.

Kurortun ərazisində aşağıdakı zonalar yerləşir: təbii müalicəehtiyatları, onların istifadə olunması üçün qurğu və tikililər,sanatoriyakurort müəssisələri, həmçinin istirahət və müalicəxidmətləri göstərən məişət, əyləncə, iaşə və ticarət obyektləriyerləşən kurort zonası (bu zonadakı 300 nəfərdən çox tutumu olanturizm və rekreasiya obyektlərin layihələrinə dair “Ətraf mühitətəsirin qiymətləndirilməsi haqqında” Azərbaycan RespublikasınınQanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinqiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədindövlət ekoloji ekspertizası keçirilməlidir), kurort ərazisində daimyaşayan əhali üçün nəzərdə tutulmuş yaşayış evləri, ictimai binalarvə digər qurğu və tikililər yerləşən zona; mərkəzləşdirilmiştəsərrüfat və texniki xidmətlərin yerləşdiyi zona.

Kurortun təşkili və ləğvi Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası SəhiyyəNazirliyinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin,habelə Naftalan Şəhər İcra Hakimiyyətinin rəy və təklifləri nəzərəalınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindənhəyata keçirilir.

Kurortun öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətinəlaqələndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,mühafizəsi sahəsində isə Azərbaycan Respublikasının Ekologiya vəTəbii Sərvətlər Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sanatoriya-kurortmüəssisələrində müalicə-profilaktika işinin təşkilinə nəzarət edir,elmi-metodik və konsultativ yardım göstərir.

Kurortun inkişafı onun inkişaf proqramına uyğun olaraq həyatakeçirilir.

Kurort ərazisi daxilində inşaat üçün torpaq sahələrininayrılması Kurortun inkişaf proqramına uyğun olaraq qanunvericilikləmüəyyən edilmiş qaydada həyata keçirilir.

Seçilən
22
33
az.trend.az

10Mənbələr