AZ

"Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək - Ekspert

“Məlum olduğu kimi, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti (ASC) dekabrın 1-dən ləğv edilir. Prezidentin müvafiq sərəncamına əsasən, ASC-nin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək. Belə düşünülür ki, "Azərkontrakt"ın ləğvi təbii qazın qiymətinə təsir göstərə bilər. Hesab edirəm ki, bu addımın təbii qazın qiymətinə heç bir təsiri olmayacaq. Sadəcə qaz satışında həlqənin biri azaldılır”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli bildirib.

O qeyd edib ki, "Azərkontrakt"ın ləğv edilməsi təşkilati məsələlər ilə bağlı ola bilər. Ortalıqda əlavə dəyər yaratmayan bir qurumun olması əlavə sənədləşmə, inzibatçılıq yaradır. Yəqin qurumun ləğvi bununla bağlıdır:

"Bu, birbaşa struktur islahatlarının dərinləşməsi məqsədi daşıyır. Bu sahədə islahatların həyata keçirilməsində məqsəd qərarların çevikliyinə, xərclərin azaldılmasına, eyni zamanda uzunmüddətli dövrdə xərclərin optimallaşdırılmasına nail olmaqdır”.

Sevinc,
BakuPost
Seçilən
30
bakupost.az

1Mənbələr