AZ

Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş” Zəfər Marafonu “ keçirilib -Foto



“Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının fəalları, rayonda fəaliyyət göstərən idarə, müsəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak ediblər.

aia.az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda ulu öndər Heydər Əliyevin başlatdığı mübarizəni layiqli şəkildə davam etdirən və uğurla sona çatdıran Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu haqqı, ədaləti bərpa etdi və bu gün qürur mənbəyimiz olan üçrəngli bayrağımız bütün Azərbaycan Respublikası ərazisində dalğalanır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin qazandığı bütün böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. Vətən müharibəsi xalqımızın birliyinin sarsılmazlığını nümayiş etdirdi. O səbəbdəndir ki, bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayır, Böyük Zəfərimizi sevinclə qeyd edirik.

İcra başçısı qeyd edib ki, bugünki Marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.
Daha sonra yarışa start verilib. İştirakçılar Şəmkir şəhər Bayraq Meydanından Şəhidlər Xiyabanına kimi olan məsafəni qət ediblər.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağiyev və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qalibləri təbrik edərək, finişə 1-ci çatan Məmmədov Həsən Elçin oğlu, 2-ci yerin qalibi Əliyev Anar Eldar oğlu və 3-cü yerin qalibi Məmmədov Elsevər Elçin oğlu rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, 1-ci yerin qalibinə notbuk, 2-ci və 3-cü yerin qalibinə isə müvafiq olaraq planşet və mobil telefon verilib.



Seçilən
27
1
aia.az

2Mənbələr