AZ

Cənubi Koreya Ukraynaya missiya göndərməyə icazə verib

Seul ölkə ərazisində Şimali Koreya hərbçilərinin iştirakı ilə tam döyüşlər başlayarsa, Ukraynaya monitorinq missiyasının göndərilməsinin mümkünlüyünü istisna etmir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə News1 agentliyi Cənubi Koreya prezident aparatının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Eyni zamanda, o əlavə edib ki, hazırda Ukraynada hərbi əməliyyatlarda KXDR-dən hərbçilərin iştirakı ilə bağlı qeydə alınan heç bir fakt yoxdur.

"Şimali Koreyanın Rusiyaya göndərdiyi çoxlu sayda heyət qərb cəbhəsinə keçdi, lakin tammiqyaslı döyüşlər başlamadı", deyə o qeyd edib.

Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ukrayna hakimiyyəti və Qərb dövlətləri Cənubi Koreyanı Ukraynadakı münaqişəyə cəlb etməyə çalışırlar.

Oktyabrın 31-də ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Rusiya yaxın gələcəkdə Şimali Koreya qüvvələrini Ukraynaya qarşı istifadə edəcək. O, iddia edib ki, Kursk vilayətində KXDR-dən 10 minə yaxın hərbçi yerləşir.

Bundan əvvəl Rusiya BMT-də Cənubi Koreyaya Ukrayna ilə bağlı xəbərdarlıq etmişdi.

 

Miri

 

Seçilən
12
50
oxu24.com

10Mənbələr