AZ

Vigen Akopyan:”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər”

ABŞ-də seçkilərin nəticələri Cənubi Qafqaz regionuna da təsir göstərəcək.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq  Vigen Akopyan bildirib:

“Tramp Cənubi Qafqaz regionunu ABŞ-nin həyati maraqlarının zonası hesab etmədiyini dəfələrlə nümayiş etdirib. Ona görə də Trampın Putin və Ərdoğanla şəxsi münasibətlərini nəzərə alaraq, bölgədəki mövcud maraqları müvafiq olaraq Putin və Ərdoğana həvalə edir. Onları bir-biri ilə danışıqlar aparmağa və müəyyən dərəcədə maraqlarını uyğunlaşdırmağa çağırır. Digər tərəfdən, Tramp administrasiyasının İran probleminə yanaşmaları regiona təsir göstərə bilər. İran məsələsində demokratlarla respublikaçıların yanaşmaları arasında ciddi ziddiyyətlər var. Bu istiqamətdə Trampın İsrailə xüsusi münasibətini də nəzərə alsaq, vəziyyətin gərginləşməsi ola bilər. İranla bağlı vəziyyətin gərginləşməsi regiona, xüsusən də Ermənistana birbaşa təsir edəcək”, – deyə  Akopyan bildirib.

O qeyd edib ki, əgər İsrail müttəfiqlərini İrana qarşı genişmiqyaslı müharibəyə cəlb edə bilsə, Ermənistan ayaq altında qalıb böyük güclərin dəhlizinə, daha doğrusu keçidinə çevriləcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr