TrDonald Trampın prezident seçkilərində qələbə qazanmasına İrandan ilk reaksiya gəlib.
Sitat.info xəbər verir ki, bununla bağlı hökumət sözçüsü Fatimə Mühacirani danışıb.
O deyib ki, İran üçün bu hadisə heç nəyi dəyişmir: "ABŞ-də kimin prezident olmasının bizim üçün əhəmiyyəti yoxdur, çünki planlarımız artıq hazırlanıb... Biz Trampın yenidən seçilməsindən narahat deyilik və Trampla Bayden arasında heç bir fərq görmürük”.