AZ

Böyük Zəfər Günü

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri   

27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına qarşı  başlanmış və cəmi 44 gün davam edən  Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğalçı ölkənin ordusunu darmadağın etdi. 30 il  işğal altında olan torpaqlarımız  düşmən tapdağından azad edildi.

Ermənistan ordusu noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökərək, məğlub olduğunu qəbul etdi. Düşmən hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilmədi. Beləliklə, noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Vətən müharibəsi bir daha Azərbaycanın gücünü, qüdrətini düşmənə, eləcə də onların havadarlarına nümayiş etdirdi. Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.  Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına əldə edilən tarixi Zəfər sadəcə Azərbaycanın deyil, dünya tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə yalnız Ermənistanın silahlı qüvvələrini məhv etmədi, həmçinin erməni mifini, onların “dənizdən - dənizə böyük Ermənistan“  xəyallarının üstündən birdəfəlik xətt çəkdi.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri  və Ermənistanın baş naziri  birgə Bəyanat imzaladılar. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi.  20 noyabr – Ağdam, 25 noyabr - Kəlbəcər və 1 dekabr – Laçın şəhəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad edilməsi, Azərbaycanın ən böyük diplomatik uğurlardan biri kimi tariximizə yazıldı.

Məğlubiyyətini həzm edə bilməyən düşmən təxribatlarından qalmırdı. Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri terror aktları törədir,  bunun nəticəsi olaraq mülkü vətəndaşlarımız həlak olurdu. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı qüvvələri  birgünlük lokal xarakterli antiterror tədbirləri həyata keçirərək, düşmənin qanunsuz silahlı dəstələri məhv etdi. Və beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi  tam olaraq  bərpa olundu.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işləri uğurla davam etdirilir. İşğal dövründə dağıdılmış, viran qoyulmuş torpaqlarımıza öz həqiqi sahibləri yeni həyat verir. Dövlətimizin başçısının rəhbərliyi və şəxsi nəzarəti altında  nəhəng layihələr həyata keçirilir. Bütün bunları Azərbaycan öz gücünə həyata keçirir. Bütün dünya ölkəmizin iqtisadi gücünün, potensialının bir daha şahidi olur.

15 oktyabr 2023-cü ildə Xankəndi şəhərinə səfər edən Prezident İlham Əliyev  orada  Azərbaycanın Dövlət Bayrağımızı ucaltdı. Bu gün artıq  ölkəmizin hər bir guşəsində üçrəngli Bayrağımız qürurla dalğalanır.  Azərbaycan xalqı hər il 8 noyabr tarixini Zəfər Günü kimi böyük coşquyla  bayram edir.

Seçilən
32
50
yeniazerbaycan.com

10Mənbələr