ABŞ-ın Arizona ştatında kiçik təyyarə avtomobilin üstünə düşüb, nəticədə ən azı beş nəfər həlak olub. Bu barədə 6 noyabr çərşənbə günü Associated Press agentliyi polis və ABŞ-ın Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
Bakuinfo.net xəbər verir ki, Hadisə təyyarənin Finiks şəhəri yaxınlığındakı hava limanından qalxmasından dərhal sonra baş verib və hadisə yerində böyük yanğın başlayıb.
Honda HA-420 yüngül biznes-jetində beş nəfər olub. Ölənlərin kimliyi və avtomobildəki sərnişinlərin xəsarət alıb-almadığı barədə isə hələlik məlumat verilməyib.