AZ

Davam edən SAXTAKARLIQ – TƏHLİL

Bütün dünya erməni xislətinə uyğun olan saxtakarlıqları hər zaman izləyib və yenə də həmin saxtakarlıq davam edir. Özü də saxtakarlıq erməni cəmiyyətində baş nazir səviyyəsində müşahidə edilməkdədir. Yenə də erməni baş nazir Nikol Paşinyanın saxtakarlıq etdiyini artıq haylar özləri də etiraf edirlər və Ermənistana məxsus mətbuat səhifələrində də bu barədə açıq-aşkar şəkildə qeyd edilməsi bir ölkə rəhbəri üçün olduqca utancvericidir.

Saxtakarlıq demokratik prinsiplərin pozulması deməkdir

İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın seçki saxtakarlığının davam etməsi artıq açıq-aydın şəkildə haylar tərəfindən etiraf edilir. Çünki onun saxtakarlıqlarını davamlı şəkildə müşahidə etməkdədirlər. Bir zamanlar əli sarıqlı, beli çantalı küçə nümayişçisi kimi meydanlarda peyda olan və bundan istifadə edərək, Qərbin layihəsi kimi siyasi meydana atılan Vovayeviçin elə üsyankar mövqeyinin də hakimiyyəti ələ keçirmək üçün bir saxtakarlıq olduğunu gec də olsa haylar başa düşüblər, amma artıq çox gec olduğunun da fərqindədirlər deyə, hələlik “səslərini çıxarmırlar”. Lakin bu o demək deyil ki, indi də erməni cəmiyyəti onun davam edən saxtakarlıqlarını görmür. Xeyr, görür və bu dəfə hayların bərk qıcıqlandıqları elə məhz Ermənistana məxsus mətbuat səhifələrində öz əksini tapır, özünü göstərir. Çünki Paşinyanın artıq seçki saxtakarlığına növbəti dəfə əl atdığı aydın şəkildə ortadadır.

Ermənistana məxsus mətbuat səhifələrində sual olunur ki, Nikol Paşinyan növbədənkənar seçkilərin tarixini niyə gizlədir? Əslində, həqiqətən də maraqlı və məntiqi sualdır. Söhbət Qərbin böyük canfəşanlıqla demokratik ölkə kimi sırımağa çalışdığı Ermənistandan və demokratik ölkə rəhbəri kimi göstərməyə çalışdığı Paşinyandan gedir. Əgər bu ölkə demokratikdirsə və onun başçısı da demokratiya tərəfdarıdırsa, o zaman növbədənkənar seçkilərin tarixinin gizlədilməsinə həmin o Qərb nə ad verə bilər? Reallıq bundan ibarətdir ki, erməni baş nazir öz hakimiyyətini qorumaq üçün həmin tarixi gizlədir və hələ də hakimiyyəti hansı yolla olur-olsun əlində saxlamağa çalışır. Bunun üçün hiyləgərcəsinə saxtakarlıq da edir. Bu isə demokratiyaya heç də uyğun deyil və saxtakarlıq özü elə demokratik prinsiplərin pozulması deməkdir.

Paşinyan və onun hakimiyyət komandası “riskin” böyük olduğu qənaətindədir

Növbədənkənar seçkilər barədə deyilsə də, həmin seçkilərin tarixi haqqında bir dənə də olsa məlumat verilmir. Belə görünür ki, təkcə Nikol Paşinyan yox, elə Ermənistanın mövcud hakimiyyəti seçkilərin keçirilmə tarixini son ana qədər gizli saxlamaq istəyir. Burada “qorxu” hissini də başa düşməmək mümkün deyil. Təkcə “uduzmaq” deyil, həm də fövqəladə vəziyyət yarana biləcəyi qorxusu da Ermənistan hakimiyyətinin canına “üşütmə” salıb. Çünki başda elə erməni baş nazir Nikol özü olmaqla, bütövlükdə hakimiyyət komandası başa düşür ki, ən azından daxili audutoriya ilə toqquşma yarana bilər. Hətta qarşıdurmaların miqyasının daha böyük ola biləcəyi ehtimalı da Paşinyanın və onun komandasının kürkünə birə salıb. Belə saxtakarcasına “ehtiyatlılıq” etmək də məhz buna görədir və bunu da ermənilər özləri hamıdan yaxşı başa düşürlər.

Paşinyan hakimiyyəti “riskin” böyük olduğu qənaətindədir. İşğalçı ölkənin mövcud hakimiyyəti seçkiləri mümkün qədər siyasiləşdirib, vətəndaşların aşağı faizlə iştirakını təmin etmək niyyətindədiir. İndi seçkilərin tarixini gizli saxlamağın özü də bu qənaətdən irəli gəlir. Görünən odur ki, Paşinyan və onun hakimiyyət komandası seçki tarixini gizli saxlamaqla, Gümrü əhalisini “təəccübləndirmək” və hakimiyyəti ələ keçirmək əməliyyatını başa çatdırmaq fikrindədir. İstənilən halda bunun adı saxtakarlıqdır və bu, heç nə ilə izah edilə, buna heç bir şəkildə haqq qazandırıla bilməz.

Hədsiz dərəcədə tamahkar olan Nikol hakimiyyəti “bölüşmək” fikrində deyil və buna görə saxtakarlığa əl atır

Nikol Paşinyanın küçə nümayişlərindəki vədlərini eşidən və onun hakimiyyəti ələ keçirdikdən sonra həmin vədləri nəinki yerinə yetirmədiyini, hətta unutduğunu belə görən haylar onun bir yalançı və saxtakar olduğuna artıq xeyli vaxtdır ki, əmindirlər. İndi də etdiklərini növbəti saxtakarlıq kimi başa düşürlər və bu mənada haqlıdırlar da. Çünki vəd verərək, mənsub olduğu topluma az qala qızıldan dağlar söz verərək, hakimiyyət kürsüsünü ələ keçirmək, sonra da onu hakimiyyətə “daşıyan” insanları tamamilə “unutmaq” da xəyanətkarlıqla yanaşı, bir saxtakarlıqdır və bunu görənlərdə onun bir saxtakar olduğuna zərrə qədər də şübhə yeri qala bilməz. Əslində, hansasa saxtakarın birinin növbəti dəfə saxtakarlıq etməsi gözlənilən idi, amma bu həmin ölkənin mətbuat səhifələrində yer alırsa, deməli, artıq erməni cəmiyyətində bir rezonans doğurub və belə çıxır ki, artıq haylar da ondan beziblər.

Bəllidir ki, özünün hakimiyyəti dövründə də Vovayeviç saxtakarlığından əl çəkməyib. Təkcə beynəlxalq platformalarda dediklərini danmaqla, öz-özünü təkzib etməklə, onun saxtakarlığı bitməyib və mənsub olduğu topluma da saxtakarlıq etməkdə davam edib. Bax elə bütün bunlardan görünür, ermənilər cana gəliblər. Hər halda, 2021-ci ildə Gümrü Ağsaqqallar Şurasına seçkilərdə Nikol Paşinyanın partiyasının “rədd edildiyini” erməni cəmiyyəti unutmayıb. Yəqin ki, Ağsaqqallar Şurasında 33 mandatdan 11 mandat aldığı da hayların xatirindədir. Ümid edirik ki, bunun fonunda hansı saxtakarlıqlar edildiyi və Gümrü sakinlərinin səslərinin açıq-aydın şəkildə oğurlandığı da ermənilərin yadındadır. Yəni, bütün bunların fonunda Ermənistanın baş nazirinin növbəti dəfə saxtakarlıq etməsi, onun saxtakarlıqlarının davam etməsi hayları qətəyyən təəccübləndirə bilməz, amma qıcıqlandıra bilər və bunu indi müşahidə etmək heç də çətin deyil.

Ermənilərin özləri hamıdan yaxşı bilirlər ki, Nikol hədsiz dərəcədə tamahkardır və bunun fonunda hakimiyyət hərisliyi də təkzib edilə bilməz. Məhz elə buna görə də qətiyyən hakimiyyəti “bölüşmək” belə fikrində deyil. Əksinə, əlində cəmləmək üçün bütün yollara, ələlxüsus da saxtakarlığa düşünmədən əl atır. Heç ağlına da belə gətirmir ki, saxtakarlıqla nəinki özünü, onu demokratik biri kimi sırıyanları da ”zərbə altında” qoyur. Ermənistanda belə bir şayə yayılıb ki, Nikol elə Gümrüdə öz “tayını” tapıb və Karen Saruxanyan kimi tanınan yekəbaş biri ona “sədaqətli köpək” kimi “xidmət” göstərir. Bütün bunların fonunda, davam edən saxtakarlığın fonunda hansı demokratiyadan, həm də hansı üzlə dəm vurula bilər? Bəlkə də Ermənistanın baş naziri kimi tanınan Nikol Paşinyan üçün bu saxtakarlıq adi hal olaraq qəbul edilə bilər, amma məsələ burasındadır ki, “xəmiri saxtakarlıqla yoğrulmuş” erməni xislətili ermənilər belə bunu qəbul etmək istəmirlər. Bu, o deməkdir ki, Nikol Vovayeviç saxtakarların ən saxtakarı imiş. Özünün həmin o saxtakarlığını davam etdirməsi isə heç də utanmadığını və hansısa nəticə çıxarmadığını təsdiq edir.

Seçilən
15
sesqazeti.az

1Mənbələr