AZ

Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub?

Goranboy şəhər 1 nömrəli tam orta məktəbində fizika fənnini tədris edən müəllim Elnur Aslanov dünyasını dəyişib.​

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia edilib ki, müəllim bir neçə gün öncə Goranboy Təhsil Sektorunda olub və qəbul zamanı əsəbiləşdiyi üçün həmin vaxt beyninə qan sızıb, bundan sonra halı pisləşib. Müəllimin xəstəxanaya yerləşdirildiyi, beyin əməliyyatı olunduğu da vurğulanıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və vəfat edib.

İddialarla bağlı Gəncə-Daşkəsən Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Goranboy şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elnur Aslanov 3 noyabr tarixində dünyasını dəyişib: Müəllimin hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumatı müvafiq dövlət orqanından əldə edə bilərsiniz”.

Seçilən
41
9
qafqazinfo.az

10Mənbələr