AZ

Norveç klubunun baş məşqçisi "Qarabağ"la oyunun asan olmayacağını DEYİB

Asan oyun olmayacaq.

Xezerxeber.az xəbər verir ki, bunu "Budyo Qlimt" komandasının baş məşqçisi Hyetil Knutsen Norveçdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib:

"Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var".

Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi "Ayaks"a uduzmasını (0:3) xatırlayıb:

"11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra məğlub oldu".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Seçilən
13
10
xezerxeber.az

10Mənbələr