AZ

İranda qaşqay türkünə QADAĞA

Milli geyimli Qaşqay türkü olan qadın Şiraz şəhərindəki tarixi Erəm bağına girməsinə icazə verilməyib. 

"Cebheinfo.az " xəbər verir ki,  bu barədə görüntü sosial şəbəkələrdə yayılıb.

Videonu çəkən şəxsin sözlərinə görə, o, bağın məsul şəxsləri ilə danışıb. Ancaq ona bildiriblər ki, bağa giriş üçün Qaşqay xanıma “kirayə paltar” verə bilərlər. 

Sosial media istifadəçiləri bu addıma cavab olaraq İran rəsmilərinə səslənərək yazıblar: “Sabah bu qadın küçənin ortasında əsəbləşib paltarını çıxarsa, deməyin ki, dəli idi. Sizə ayıb olsun!”

"Cebheinfo.az"

Seçilən
11
cebheinfo.az

1Mənbələr