AZ

Media nümayəndələri üçün seminar keçirildi - FOTO

Noyabrın 6-da İqtisadiyyat Nazirliyi, Nazirlik yanında Dövlət Vergi Xidməti (DVX) və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar təşkil olunub.

Redaktor.az xəbər verir ki, Seminarın məqsədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi jurnalistlərin bu sahədə biliklərinin artırılması, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində ekoloji fiskal alətlərin tətbiqi ilə bağlı məlumatlılığın genişləndirilməsidir.

“Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçirilən seminarda İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov və DVX-nin Vergi siyasəti baş idarəsinin rəis müavini Oqtay Yaqubov təqdimatlarla çıxış ediblər. Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və DVX-nin rəis müavini Samirə Musayevanın iştirak etdiyi seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Seçilən
69
21
redaktor.az

10Mənbələr