AZ

2 milyon dənizçini öldürdü - Qorxunc xəstəlik geri qayıdır

16-18-ci əsrlər arasında 2 milyon dənizçinin ölümünə səbəb olan sinqa xəstəliyi geri qayıdır, alimlər xəbərdarlıq ediblər.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. C vitamini çatışmazlığından yaranan sinqa xəstəliyi Qərbdə, sənayeləşmiş ölkələrdə son illərə qədər nadir rastlanan xəstəlik idi. Bununla belə, yeni araşdırmalar göstərir ki, yaşayış xərclərinin yüksək olması “dənizçi xəstəliyi” kimi də tanınan sinqa xəstəliyinin sayının artmasına səbəb olur. 51 yaşlı avstraliyalı kişinin xəstəxanaya yerləşdirilməsindən sonra bu iddialar daha da güclənib.

Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik.[1] Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər.

Seçilən
24
manset.az

1Mənbələr