Ağstafa Rayon İcra Hakimiyyəti rayonda yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo məlumat verir ki, tenderin qalibi "Harmony İndustrial Construction and Engineering Group" şirkəti seçilib. İcra Hakimiyyəti yolların əsaslı təmirinə 401 818,8 manat xərcləyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Harmony İndustrial Construction and Engeering Group” MMC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 165 010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur.
Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Əlövsət Orucova gəlincə, o, tender kralı kimi tanınır və təkcə "Harmony İndustrial Construction and Endeeering Group" şirkətini təmsil etmir. Eyni zamanda "A-Marble” MMC-nin də qanuni təmsilçisidir. Bu şirkətin də hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
"Hramony İndustrial Construction and Engeering Group" MMC ilə "A-Marble" MMC-nin yerləşdiyi hüquqi ünvanda daha bir şirkət - "Piramida-2001” MMC də qeydiyyatdadır. Bu şirkətin də qanuni təmsilçisi Əlövsət Orucovdur.
Ağstafa Rayon İcra Hakimiyyəti bundan bir qədər əvvəl abadlıq işləri ilə bağlı tender keçirib. Bu tenderin də qalibi "Harmony İndustrial Construction and Engeering Group" MMC seçilib. Şirkətiun qiymət təklisi 199 000 manat olub.
Bundan başqa, şirkət ötən il yolların əsaslı təmiri ilə bağlı tender elan etmişdi. Həmin tenderin qalibi "Topxana Layihə İnşaat" şirkəti seçilib. Bu tender üzrə tərəflər arasındakı satınalma müqaviləsinin maliyyə dəyəri 435 034,32 manat olub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.
Seyid