AZ

Su pulunu görən qadın infarkt keçirdi - FOTO

İtaliyanın Sanremo qəsəbəsində 86 yaşlı qadın su qəbzindəki məbləği ödəyə bilməməməsi səbəbindən infarkt olub.

Bakupost.az İtaliya KİV-ə istinadən xəbər verir ki, qadına 15 min dollarlıq su pulu gəlib. Bu vaxta qədər qənaətlə su işlədən və bütün kommunal borclarını bank vasitəsilə ödəyən qadın bir gün ərzində hesabındakı bütün vəsaitin yoxa çıxdığını görəndə şok keçirib.

Beləliklə, 3 ay müddətinə ona 15 min avroluq su qəbzi gəldiyindən bank hesabda olan 8000 avronu bu qəbzin ödənməsinə yönəldib. Daha sonra ödənilməmiş qalan pul üçün evə borc qəbzi göndərib.
Yaşadıqlarından stress keçirən qadının qəfildən halı pisləşib. Xəstəxanaya yerləşdiriləndən sonra onun infarkt keçirdiyi məlum olub.

40 gün komada qaldıqdan sonra qadın vəfat edib. Hadisədən sonra aparılan araşdırma zamanı su şirkəti qəbzdə yanlışlıq olduğunu etiraf edib. Qadının 3 ay ərzində cəmi 87 avroluq su işlətdiyi məlum olub. Su şirkəti yanlış qəbz göndərdiklərinə görə sadəcə, üzr istəyiblər.

Aygün Musayeva, BakuPost

Seçilən
37
bakupost.az

1Mənbələr