Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gedib.
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısından sonra Ərdoğan ölkəni tərk edib.
Türkiyə dövlət başçısını Bişkek-Manas Beynəlxalq Hava Limanından Qırğızıstan prezidenti Sadır Çaparov və Türkiyənin Qırğızıstan səfiri Əhməd Sadıq Doğan yola salıblar.
Prezident R.T.Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun, Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşavir Akif Çağatay Kılıç da Macarıstana gedib.