Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.
COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.
Qərara nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında münasibət bildirib:
“Əvvəldən də elan olunduğu kimi akkreditasiyadan keçən COP29 iştirakçıları üçün tədbir günlərində ictimai nəqliyyatdan istifadə pulsuz olacaq.
Paralel olaraq avtomobil nəqliyyatı ilə qeydiyyatdan keçmiş yerli və xarici vətəndaşlar COP29 zolağından istifadə edə biləcəklər.
İştirakçılar mikromobillik vasitələrindən də istifadə edə bilərlər. Amma velosiped və skuterlər dövlətin balansında deyil. Dövlətin balansında ictimai nəqliyyatın avtobus, metro seqmenti, taksi xidməti mövcuddur. Buna görə də bu addımı müsbət dəyərləndirmək olar”.
Törə Zeynallı
Demokrat.az