AZ

Ursula von der Lyayenin iştirak etməməsi  COP-29-a kölgə salmayacaq -ŞƏRH

Azərbaycan COP29 sammitini çox yüksək səviyyədə icra edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Bakıda keçiriləcək COP29 Sammitində iştirak etməyəcək. AK rəhbəri bu qərarını səlahiyyətlərin ötürülməsi və instusional öhdəlikləri ilə pərdələməyə çalışsa da, bunun Avropa Komissiyasının missiyasından uzaqlaşması və Qərb başbilənlərinin təlimatı əsasında həyata keçirməsi şübhə doğurmur.
Açıq- aşkar Aİ rəhbəri məsuliyyətdən qaçır. Ursula fon der Leyen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir.  Dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim mliyyəsi gözlədiyi halda, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2023- cü ildə Avropa üçün Rusiya ilə əlaqəli olmayan mənbələrdən alternativ qaz mənbələri yaratmaq məsələsi kəskinləşəndə  " iki daşın  arasında " Bakıya gəldi və Azərbaycanla AB arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə bəyannamə imzalamağa nail oldu.O zaman Avropanın dərin narahatlığını var idi. Belə ki, Rusiyanın Azərbaycana təzyiq göstərərək Avropanı əlavə qaz həcmləri ilə təchiz etməkdən imtina edə  biləcəyindən qorxuya düşmüşdü. Şübhəsiz ki , bu qorxu Azərbaycanın müstəqil siyasət aparmasını  və enerji məsələsini siyasi təzyiq üsuluna çevirmədiyini  hələ lazımınca dəyərləndirə bilmədiklərindən əmələ gəlirdi.
İmzalanmış bəyannamə ilə Azərbaycan Avropanın qaz təminatını 2 dəfə artırmaq kimi hədəf götürdü. Əvəzində Avropa və şəxsən Ursula fon der Lyayen nə edir? COP- a gəlməkdən imtina edir. Necə olur ki, qaz lazım olanda Bakıya hövlənak gəlir, ancaq iqlim dəyişmələri ilə çox vacib olan mübarizəyə öz töhfəsini vermək üçün Bakıya gəlməkdən imtina edir ? Şübhəsiz ki, bu birbaşa  Azərbaycana qarşı  qərəzli münasibətin göstəricisidir. Xanım Lyayen də  Avropanın antiazərbaycan qüvvələrinin, ilk növbədə Fransa və Almaniyanın təsiri altındadır.

Siyasi şərhçi Azər Niftiyev də “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına yekdilliklə ev sahibi seçilib və tədbirin əhəmiyyətini xanım Leyenin özü də dəfələrlə təsdiq edib. Onun Prezident İlham Əliyevlə dialoqu zamanı COP29-un iqlim fəaliyyəti və yaşıl enerejiyə keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını bəyan etməsi, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşmasını vurğulaması fonunda sammitə bir neçə gün qalmış iştirakdan imtina qərarı təsadüfi deyil: 

“Qərb dairələrinin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi, enerji, eləcə də diplomatiya sahəsində ölkəmizin əhəmiyyətini qeyd etməsi, yeni geosiyasi reallıqlar fonunda hesablaşması fonunda Azərbaycana qarşı təzyiqlər də mövcuddur və bu, 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra yeni mərhələyə qədəm qoyub. Heç şübhəsiz ki, bu təzyiqlər vahid mərkəzdən idarə olunur və Azərbaycanı müstəqil diplomatik siyasət kursundan yayındırmağa və fövqəladə inkişafının qarşısını almağa yönəlib. Ursula von der Leyenin COP29-da iştirakdan imtina etməsi də bu mənfur ssenarinin tərkib hissəsidir.
Avropa Komissiyası və digər Qərb təsisatları iqlim dəyişiklliyi və yaşıl enerjiyə keçidin vacibliyindən danışsalar da, siyasi maraqları onları öz “missiyasından” uzaqlaşmağa təhrik edir. Okeanın o tayında və Avropadakı seçkilərdə “bülleten bazarlığı” edərək, müəyyən təsir imkanları əldə edən erməni lobbisinin də xanım Lyayenə “xeyir-dua” verməməsi sonuncunun belə bir qərar verməsinə səbəb olub. Nəticədə “instusional öhdəliklər” ön plana çıxıb və Avropa Komissiyasının sədri rəhbəri olduğu qurumun gerçək öhdəliklərindən imtina etməli olub”. 

A.Niftiyev hesab edir ki, ölkəmizə qarşı təzyiq dağlasının davamı kimi nəzərdə tutulan COP29 sammitində yüksək səviyyəli iştirakın məhdudlaşdırılması Azərbaycana siyasi mesajlar ötürmək və onu müstəqil xarici siyasət kursundan imtinaya vadar etmək, birqütblü dünya ssenarisi üzərində işləyən Qərbin iradəsinə tab etdirmək, qonşu dövlətlərlə, eləcə də Rusiya ilə münasibətləri gərginləşdirməyə təhrik etmək niyyətindən qaynaqlanır. Onun sözlərinə görə, bu cür siyasi qərarlar isə öz növbəsində Azərbaycanın Avropa Komissiyası, habelə Avropa təsisatları ilə münasibətlərində etimadsızlığa yol açır:
 “Azərbaycan COP29 sammitinə çox yüksək səviyyədə hazırlaşıb və bunu Qərb dairələri, təmsilçiləri və diplomatlarının özləri də dəfələrlə bəyan ediblər. Eyni zamanda Azərbaycan iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində ardıcıl səylərini ortaya qoyub. 30 il ərzində torpaqlarının işğalına, ekoloji və mina terroruna məruz qoyulmasına, soyqırım cinayətlərinə etinasız yanaşayan qərblilərin tarixi Zəfər sonrası Ermənistanı silahlandırması, Azərbaycana qarşı çocvektorlu təzyiqləri fonunda COP29 tədbiri öncəsi sammitdə iştirakdan imtinalar da təəccüblü deyil. O səbəbdən ki, Qərb ikiüzlü və riyakar siyasətə adət edib və XXI əsrdə də bu şakərindən qurtula bilmir. Dünyanı çirkləndirən, ekoloji tarazlığı pozan ölkələr arasında liderlik Avropa İttifaqına üzv dövlətlərə məxsusdur və “İslahatların zəruriliyindən danış, amma islahatlara çox da aludə olma” nəzəriyyəsi üzrə hərəkət edən avropalıları bəşəriyyət, canlı aləm və onun gələcək müqəddəratı qətiyyən maraqlandırmır. Onlar üçün strateji məqsəd anti-Qərb koalisiyasını zəiflətmək, yeni geosiyasi reallıqlar yaratmaq, beynəlxalq münasibətlər sistemini transformasiyaya məruz qoymaq, mövqeləri zəifləyən Qərbin hegomonluğunu yenidən özünə qaytarmaqdır. “Qoca qitə” birqütblü dünya nizamından kənar bütün mütərəqqi təşəbbüsləri baykot etməkdə, iqlim dəyişikliyi, ekoloji tarazlığı öz çirkin məqsədlərinə qurban verməkdə davam edir. 
Azərbaycan COP29 sammitini çox yüksək səviyyədə icra edəcək və bu, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli dövlətə çevrilən ölkəmizin geosiyasi müstəvidə reputasiyasını daha da gücləndirəcək. Azərbaycanın sülhpərvərliyi, qonaqpərvərliyi bir daha bütün dünyaya nümayiş olunacaq. Avropa Komissiyasının sədri Ursula von der Lyayenin iştirak etməməsi də sammitin gedişatına kölgə salmayacaq. Bu, Azərbaycana qarşı ilk təzyiq deyil və bundan öncəki bütün təzyiqlər nəticəsiz qaldığı kimi, bu təhdid və təzyiqlər də nəticəsiz qalacaq”.

Seçilən
31
sherg.az

1Mənbələr