AZ

"Beşiktaş"a qalib gələn məşqçi yola salınıb

Türkiyə Superliqa daha bir klub baş məşqçisi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, "Kasımpaşa" Sami Uğurlu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Ayrılığın səbəbləri barədə detallı məlumat yayılmayıb. Son turda səfərdə "Beşiktaş"ı 3:1 hesabı ilə məğlub edən "Kasımpaşa"nın bu addımı qonşu ölkədə təəccüblə qarşılanıb. İstanbul təmsilçisi 11 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.

46 yaşlı mütəxəssis "Alanyaspor"la müqavilə imzalayıb.

Qeyd edək ki, Türkiyədə mövsüm start götürəndən 89 gündə 8-ci dəfə baş məşqçi vəzifəsini tərk edib.

İdman.biz

Seçilən
48
idman.biz

1Mənbələr