AZ

“ABŞ-Azərbaycan münasibətlərində yeni dövr başlayır” — Politoloq

“Donald Trampın birinci 4 illik hakimiyyəti dövründə Azərbaycanla ABŞ arasındakı münasibətləri korlayacaq hər hansı bir addım atılmayıb. Əksinə,münasibətlər artan xətt üzrə inkişaf edib və müsbət dinamika özünü göstərib. Trampın hakimiyyətdən getməsindən sonra ABŞ-də ciddi anti-Azərbaycan meyilləri hiss edilməkdə idi. Bu gün də o meyillər var. 

Düşünürəm ki, Trampın prezident seçilməsin ABŞ-Azərbaycan münasibətlərinin artan xətt üzrə inkişafına təsir edəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

S.Hümbətov qeyd edib ki, söhbət həm iqtisadi, həm də siyasi əlaqələrdən gedir:

“İkinci Qarabağ savaşı dövründə və ondan sonrakı dönəmdə erməni lobbisinin təsirinə düşən və ya öz maraqlarından çıxış edən Bayden administrasiyası Azərbaycana qarşı qərəzli ritorika sərgiləyirdi, hətta sanksiyalar tətbiq edilmişdi. Bu, o deməkdir ki, demokratların hakimiyyəti dövründə Azərbaycana qarşı münasibət birmənalı olmayıb. İndi isə yeni dövr başlayır. 

Düşünürəm ki, Prezident İlham Əliyevin ABŞ ilə münasibətlərə önəm verməsi gələcək üçün baza rolu oynaya bilər. 

Ümid edirəm ki, ölkələr arasında uğurlu əlaqələrə nail olunacaq”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
45
demokrat.az

1Mənbələr