AZ

Xüsusi qayğıya ehtiyacı olan uşaqların Şamaxıya ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiș şəxslər üçün sosial xidmət müəssisələrinin sakinləri üçün Şamaxıya ekskursiya təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ekskursiya Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və Alpaka fermasına təşkil edilib.

İştirakçılar əvvəlcə rəsədxanada Astronomiya Muzeyi və teleskoplarla tanış olublar. Sonra sosial xidmət müəssisəsinin sakinləri Alpaka fermasına baş çəkiblər. Alpakaların davranışları uşaqlara xoş təəssürat bəxş edib.

Ekskursiyanın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyasına dəstək verməkdir.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiș şəxslər üçün 2 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Müəssisədə uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət göstərilir.

Seçilən
47
yeniazerbaycan.com

1Mənbələr