AZ

Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur

Bu gündən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.

Apress.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər.

Qeyd edək ki, COP29 iştirakçıları dəmir yolu nəqliyyatından da ödənişsiz istifadə edə bilirlər.

Seçilən
0
7
apress.az

10Mənbələr