Moldovanın Moskvadakı səfiri Lilian Darius prezident seçkiləri zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası çərçivəsində Kişinyovun rusiyalı müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya hərəkətləri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.“Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılı. Moldova hakimiyyət orqanları seçkilərin birinci turu və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumundan əvvəl Rusiya Federasiyasından olan beş beynəlxalq müşahidəçinin akkreditasiyasından əsassız olaraq imtina edib. Daha sonra, noyabrın 3-də baş tutan ikinci turdan əvvəl Kişinyov hava limanında ATƏT/DTİHB missiyasının üç rusiyalı üzvü Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiya olsa da, respublikaya buraxılmayıb" - deyə XİN-in açıqlamasında qeyd edilib.Vurğulanıb ki, bu cür hərəkətlər Kişinyov tərəfindən beynəlxalq öhdəliklərin, xüsusən 1990-cı il ATƏM Kopenhagen sənədinin və 2002-ci il MDB-nin Demokratik Seçkilər, Səsvermə Hüquqları və Standartları üzrə Konvensiyasının kobud şəkildə pozulmasıdır: "Bu addımlar Moldova rəhbərliyinin riayət etməyə çalışdığı Avropa demokratik dəyərlərini lazımi şəkildə xarakterizə edən Aİ-yə namizəd dövlət tərəfindən atılıb. Moldova hakimiyyətinin Rusiyadan olan beynəlxalq müşahidəçilərə qarşı kobud hərəkətləri ilə bağlı oxşar təqdimat Rusiyanın ATƏT yanında Vyanadakı Daimi Nümayəndəliyi vasitəsilə ATƏT DTİHB rəhbərliyinə də edilir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta