AZ

Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir

10 ay öncə üzgərmə əməliyyatı olunan xanım həkim Sevinc Heydərovadan şikayətçidir.

Dərgi.az xəbər verir ki, bu haqda hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova paylaşım edib.  O deyib ki, ünvanına buna bənzər çoxlu şikayətlər gəlir: “Özünü estetik cərrah kimi tanıdan bu və digər “həkimlər” insanların sağlamlığını və etibarını məhv edir. Niyə belə hallar baş verir? Cavab sadədir. İxtisaslaşmamış şəxslər “butik” tipli xəstəxanalarda yalan və fırıldaqla özlərinə mövqe qazanırlar. Təmirli otaqlar, rəngli masalar, çərçivəyə salınmış saxta sertifikatlar məni də inandıra bilər. Dünyada bunu edənlərin bir adı var “İctimai fırıldaqçılıq”.

S. Heydərova məsələyə sosial mediada münasibət bildirib.  O, sosial şəbəkə hesabının hekayə bölməsində açdığı sual-cavabda isə məsələni şou adlandırıb.

Qeyd edək ki, daha öncə Xalq artisti Flora Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib.

Seçilən
31
7
dergi.az

8Mənbələr