AZ

Azərbaycandan İsrailə gedən neft kəmərləri hədəfimizdədir- İrandan hədə...

Image

İran nədən rəhmətlik müctəhid Fazil Lənkəraninin fətvasını unudub?

İran mediasının məlum "ekspert"ləri həmişə Azərbaycan əlehinə ən fantastik iddialar, təhdidlər və böhtanlar səsləndirib, yəqin ki, bu hələ uzun müddət davam edəcək. İran rəsmiləri isə həmisə bu cür fikirlərin "azad media"ya və "müstəqil" ekspərtlərə məxsus olduğunu, İran hökumətinin mövqeyini ifadə etmədiyini bildirir. 

Amma hamıya bəllidir ki, dünyada heç Amerika və Avropa media maqnatları belə müstəqil deyil, məxsus olduqları dövlətin siyasi təbliğat alətidir. Əgər Avropada belədirsə, deməli, İranda media hökumətin "dobro"su olmadan bir sətir belə yazmaz, bir kəlmə belə danışmaz. İran kimi teokratik bir rejimdə müstəqil medianın yaşamasi mümkun deyil. Ona görə də İran mediasında nə yazılırsa, nə səsləndirilirsə, bütün bunlar İran İslam Respublikasının iradəsini ifadə edir. Sadəcə olaraq, rəsmi qurumların deyə bilmədiyini hökumət medianın dili ilə ifadə edir. Ona görə də İran mediasının və ya ekspert qismində çixış edən qeyri-rəsmi səxslərin fikirlərini ciddiyə almamaq doğru deyil. Düzdür, hər bir media qurumu və ya ekspert öz səviyyəsinə uyğun hökumətin mövqeyini ifadə edir. Bu səbəbdən fikirlərin bəzisi "ütülu", ölçülu səslənir. Amma elələri var, fikirləri heç bir ölçü tanımır, ağzına gələni, gözünə görünəni danışır ki, hökumətin gözünə girsin, ondan bir "molodes sobaka" qazansın. İranin keçmis məmuru, indiki başabəla ekspert Höccətullah Əbdülməliki elə sonuncu dediyimiz kateqoriyaya aiddir.

Belə ki, İranın keçmiş naziri deyib ki, Azərbaycandan İsrailə gedən qaz kəmərini raketlə vurmalıyıq. Bu bədbəxt hələ bilmir ki, Azərbaycan İsrailə nə qaz satır, nə də Azərbaycandan İsrailə qaz kəməri gedir. Görün bu hökumət hansı vəziyyətdədir ki, belə "ekspert"lərin "köməyinə" ehtiyac duyur.

“Tabnak” saytı xəbər verir ki, bu sözləri radikal fikirləri ilə tanınan İranın keçmiş əmək naziri və hazırda başabəla ekspert Höccətullah Əbdülməliki deyib. İsrailə neft ixrac edən İslam ölkələrinin tankerlərinin də vurulmasına toxunan Əbdülməliki vurğulayıb ki,  İsrailin məhvi Coca-Cola içməməklə baş verməyəcək: "Azərbaycan və İraq kimi müsəlman ölkələrindən xam neftin İsrailə daşınmasına embarqo qoymalıyıq".

O, Azərbaycanın İsrailə neft boru kəmərlərini “legitim hədəf” adlandırıb və həyasızcasına Azərbaycanı hədələyib: “Ya İsrailə ixrac boru kəmərinizi dayandırın, ya da biz onları partladacağıq”.

Yuxarıda qeyd etdiyimiz kimi, bu heç də başabəla ekspert Höccətullah Əbdülməlikin müstəqil fikri deyil, İran İslam Respublikasının ürəyindən xəbər verən, lakin dilə gətirə bilmədiyi bir fikirdi. Ona görə də cavab İrana verilməlidir ki, 30 illik işğal dövründə Azərbaycanın düşməni olan, ərazilərini işgal edən Ermənistana qaz, neft və digər hər cur iqtisadi yardım edəndə, nə əcəb Baki sizin maşın karvanlarınızi və qaz kəmərinizi vurmadı? Özü də İranin Ermənistana və separatçi rejimin işğalında olan Qarabağa gedən yuk avtomobillərinin karvanı Azərbaycanın işğal edilmiş ərazisi ilə hərəkət etdiyindən, onlar beynəlxalq hüquqa görə legitim hədəf idi. Çünki Azərbaycandan heç bir icazə almadan işğal altında olan əraziləri ilə hərəkət edirdi. Ermənilər hələ də Azərbaycanla düşmənçiliyi davam etdirir, amma İran qazı İravana yenə verilməkdədir.

İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah, rəhmətlik Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin fətvasına görə, bir müsəlman ölkəsinə təcavüz İran İslam Respublikasına təcavüz kimi qiymətləndirilməlidir. Bəs İran ayatullahlarının, müctəhidlərinin hər söz düşəndə hörmət və ehtiramla yad etdikləri bu kişinin fətvasına niyə əməl edilmir görəsən? Bu fətva ortada olduğu halda,  İran 30 il nəinki Azərbaycan torpaqlarının işğalına dözdü, hətta torpaqlarımızi zəbt edən işğalçıya hər cur yardımını əsirgəmədi. Bu 30 ildə İran blokadada boğulan Ermənistana nəfəs verdi. Azərbaycan torpaqlarını işğaldan azad edəndə isə İran Azərbaycan Ordusunun qarşısını kəsməyə cəsarət etdi. Ordumuzun Araz boyu hərəkətini məhz İran qoşunları bir sutka ləngitdi. Ordu belə məqamda ikinci cəbhə açmamaq xatirinə Araz boyu hücumu dayandirib, hərəkəti Soltanlı kəndi istiqamətinə dəyişmək zorunda qaldı ki, bu da əlavə bir sutka vaxt itkisi yaratdı. Buna görə Azərbaycan Ordusu onlarla şəhid verdi.

Amma İranın özünə düşmən saydığı İsrail Azərbaycana bu savaşda çox ciddi dəstək verdi. Heç bir ölkəyə satmadığı "Harop" kamikadze savaş dronu və digər strateji silahları bizə verdi.

Bütün bunlara rəğmən, İranın Azərbaycan-İsrail dostluğuna etiraz etməsinə heç mənəvi haqqı belə yoxdur.

Sonda bir daha qeyd edək ki, hazırda Azərbaycan İsrailə qaz satmır, buna infrastruktur imkan vermir. Gələcəkdə belə bir imkan yaranacaqsa, Azərbaycan dost ölkəyə məmnuniyyətlə qaz satacaq.

Lakin 2023-cü ilin yekunlarına görə, İsrailə Azərbaycandan 2 mln 270,3  min ton xam neft ixrac edilib və bunun bəyan edilən dəyəri 1 mlrd 394,2 mln dollar təşkil edib.

Cari ilin I rübü ərzində isə İsrail Azərbaycandan 1 mln 21,9 min ton neftin ixracı üçün 621,08 mln dollar vəsait ödəyib. Lakin bu o demək deyil ki, İsrail bazarında satılan neftin sahibi SOCAR olub. Məntiqlə, SOCAR-dan əlavə bizdə istənilən xarici şirkətlər bu neftin sahibi rolunda çıxış edə bilər.

Akif NƏSİRLİ





Seçilən
46
baki-xeber.com

1Mənbələr