ABŞ-da uşağı qaçırıb zorlamaqda şübhəli bilinən yaşlı kişi cinayətdən təxminən 40 il sonra həbs edilib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı David Mundt 1986-cı ilin iyulunda Arizona ştatında bir evə soxularaq onu qarət etməkdə və uşaq oğurlamaqda şübhəli bilinir. Polisin məlumatına görə, o, daha sonra uşağı tikintiyə aparıb və təcavüz edib. Azyaşlı ağlamağa başlayanda isə qaçıb. Sübh çağı uşaq qəzet daşıyıcıları tərəfindən tapılaraq ailəsinə qaytarılıb.İstintaq müəyyən edə bilib ki, bir neçə il sonra Mundt Texasda başqa bir uşağa oxşar hücum edib. Hər iki cinayət yerindən toplanan DNT nümunələri uyğun gəlsə də, ancaq məlumat bazasında olmadığı üçün adama apara bilmədi. Mundt yalnız 2024-cü ildə genetik şəcərə üsulu sayəsində tapılıb. O, Texasda saxlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta