Rusiya hərbi qulluqçuları Donetsk Xalq Respublikası ərazisində bir anda iki yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Antonovka və Maksimovka kəndləri tutulub: "Uğurlu hücum hərəkətləri nəticəsində Cənub Qüvvələri Qrupunun bölmələri Donetsk Xalq Respublikasının Antonovka kəndini azad edib. Aktiv əməliyyatlar zamanı "Vostok" qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının Maksimovka qəsəbəsini azad edib".