İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Orelen Tçuameni zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq.
"Far.Az" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Millətlər Liqasında Fransa yığmasının İsrail və İtaliyaya qarşı keçirəcəyi matçlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Tçuameni cari mövsüm "Kral klubu"nun heyətində 12 oyun keçirib.