AZ

Bayden və Harris Trampı təbrik etməyə hazırlaşır

Prezident Co Bayden və vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsini qəbul edərək, onunla telefon danışığına hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bayden Trampı təbrik edəcək və onu Ağ Evdə qarşılayaraq 2025-ci il noyabrın 20-də keçiriləcək inauqurasiya mərasiminə dəvət etməyi planlaşdırır.

Kamala Harris isə Demokrat Partiyasının məğlubiyyətini etiraf edərək, bu barədə ictimaiyyət qarşısında çıxış edəcək. Baydenin də seçkilərin nəticələri ilə bağlı bir açıqlama verməsi gözlənilir.

Trampın inauqurasiya mərasimi ABŞ Konqresində keçiriləcək. Rəsmi tədbirdən sonra Vaşinqtonda parad və inauqurasiya balı təşkil olunacaq.

Seçilən
39
1
iqtisadiyyat.az

2Mənbələr