AZ

“Zəfər yolu” adlı intellektual yarış keçirilib

Noyabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqların bilik və bacarıqlarının, liderlik qabiliyyətinin, milli-mənəvi dəyərlərinin və intellekt səviyyəsinin artırılması məqsədilə Mingəçevir şəhəri da daxil olmaqla, ətraf rayonların 9-11-ci sinif şagirdləri arasında 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər yolu” adlı intellektual yarış keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, komitədən bildiriblər ki, yarışın ilk mərhələsi oktyabr ayı ərzində Mingəçevir, Yevlax şəhərləri, Ağdaş, Goranboy, Göyçay və Oğuz rayonlarının məktəbliləri arasında keçirilib. Beləliklə, qalib komandalar Mingəçevir şəhərində baş tutacaq final mərhələsində iştirak hüququ qazanıblar.

Tədbirdən əvvəl Şəhidlər xiyabanı və Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Final mərhələsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqların intellekt səviyyəsinin artırılması məqsədilə belə yarışlarda iştirakın əhəmiyyətini vurğulayıb. Komitə tərəfindən uşaqların bilik və bacarıqlarının artırılması, onların potensialının aşkarlanması, müstəqil özünü ifadə etmək bacarıqlarının inkişafı istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Sonra komandaların ilkin mərhələdə iştirak etdikləri yarışlardan videogörüntülər təqdim olunub.

Daha sonra Zəfər Gününə həsr edilmiş, habelə ümumi bilik səviyyəsini göstərən suallar ətrafında keçirilən yarışda qaliblər müəyyənləşib.

Altı turdan ibarət yarışda Mingəçevir rayonunu təmsil edən komanda üçüncü, Oğuz rayonunu təmsil edən komanda ikinci, Goranboy rayonunu təmsil edən komanda birinci yerə layiq görülüb.

Sonda qaliblərə diplom və mükafat təqdim edilib.

Seçilən
31
1
sia.az

2Mənbələr