AZ

Apple sünni intellekt üçün öz serverlərini istehsal etmək istəyir

"Apple" şirkəti İOS 18.1 versiyasını buraxmaqla, "Apple Intelligence" adlı yeni İİ (Süni intellekt) xidmətini istifadəyə verməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, şirkət bu xidmətin imkanlarını və əhatə dairəsini genişləndirməyi nəzərdə tutur ki, bu da əlavə server gücünə ehtiyac yaradacaq.

Məsələnin həlli üçün "Apple" artıq "Foxconn" ilə lazımi avadanlıqların istehsalı üçün danışıqlar aparır.

Lakin müqavilə hələ imzalanmayıb və bu, ümumiyyətlə baş tutmaya da bilər. Belə ki, "Lenovo Group" və "Universal Scientific Industrial" kimi digər süni intellekt bazarının iri oyunçuları da "Foxconn" ilə  serverlərinin yığımı üçün əməkdaşlıq etməyə çalışırlar.

"Foxconn" buna baxmayaraq, "Apple" üçün istisna edə bilər. "Apple" şirkətinin nə qədər serverə ehtiyacı olduğu dəqiq göstərilməsə də, bu avadanlıq yalnız daxili istifadə üçün nəzərdə tutulub və az miqdarda sifariş edilə bilər.

Seçilən
22
iqtisadiyyat.az

1Mənbələr