AZ

"Sabah" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

"Far.Az"un məlumatına görə, Bakıda İsveçrə təmsilçisi "Bazel"lə qarşılaşan Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan klubunun yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.

Qeyd edək ki, ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanmışdı.

Seçilən
31
9
far.az

10Mənbələr