AZ

Üz gərmə əməliyyatı etdirənlərin sayı artır

Dövrümüzdə çox insan gəncliyinin ömrünü uzatmaq istəyir.

Müasir plastik cərrahiyyə metodikaları həyatın istənilən dönəmində insanı gəncləşdirməyə imkan verir.

Gəncləşmək istəyənlər əsasən üz gərmə əməliyyatına üstünlük verir.

Kosmetoloq həkim Aytəkin İsmayılova Hit.az-a şərhində deyib ki,son zamanlar üz gərmə (bleforplastika) etdirənlərin sayı artıb:

 “Üz gərmə əməliyyatı ümumiyyətlə 45-50 yaşlarında həyata keçirilir, lakin daha çox yaşda edilən əməliyyatlar da var. Hər halda, məsləhət almaq daha yaxşıdır . Bu elə bir prosedur ki, bunu istənilən kosmetoloq iynə, sap ilə edə bilməz. Bu gün salonlarda çalışan kosmetoloqlar insanları pis günə qoyur. Onlar toxuma, sinir ucunun nə olduğunu bilmədən insanlara müəyyən prosedurlar tətbiq edir. Bu işlər peşəkar həkim tərəfindən, xəstəxana şəraitində həyata keçirilməlidir. Dediyim kimi bu əməliyyata müraciət edənlərin sayı artıb. 18-yaşı tamam olan şəxs bu əməliyyatı etdirə bilər. Ancaq mən hesab edirəm ki, bu əməliyyatı 40-45 yaşı keçən xanımlar etdirsə daha yaxşı olar. Çünki ,20 yaşlarda olan xanım onsuzda təbii şəkildə gözəldir”.

Sevinc

Seçilən
34
hit.az

1Mənbələr