Artıq bir neçə gündən sonra Cop29 ( Conference of the parties) kimi böyük bir tədbirə ev sahibliyi edirik . Bu layihənin ölkəmizdə keçirilməsi hər birimizdə böyük bir fəxr , qürur və sevinc hissi aşılayır. Ölkəmizə 100 mindən artıq əcnəbi təşrif buyuracaq və ölkəmizin gözəlliyinə daha yaxından şahidlik edəcək. Belə tədbirlərin keçirilməsi günü gündən çiçəklənən ölkəmizin xarici arenada da tanınmasına müstəsna və əvəzsiz təsir göstərəcəkdir. Əlbəttə ki gələn turistlərin ilk olaraq diqqətini füsunkar Azərbaycan təbiəti çəkəcəkdir. Al əlvan göz oxşayan meşələrimiz ,nadir tapılan ağaclarmız qonaqlara cənnəti xatırladacaqdır. Cənab prezident İlham Əliyevin bu məsələyə həssas yanaşdığı hər kəsə məlumdur. Ölkədə keçirilən ağac əkmə aksiyaları, işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və yaşıllıqların salınması buna bariz nümunədir.
Lakin yerlərdə bu məsələyə ciddi yanaşmayanlar var . Ulu öndər Heydər Əliyev qeyd edirdi ki " Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir". Ancaq görünür ki bəzilərinə bu sözlər təsir etmir. Bizə göndərilən fotodan da aydın görünür ki Oğuz rayonunun mərkəzi yolu ilə yük maşınına yığılmış ağac materiallar daşınır. Yerli camaatın bu materialllardan istifadə etməyi şübhəsiz ki aydın məsələdir. Bəs onda bu materiallar, bu ağaclar nə üçün gedir? Hara gedir ? Kim üçün gedir ? Bu məsələ ilə bağlı yəqin ki aidiyyəti orqanlar araşdırma aparacaqlar , və Oğuz camaatı bu materialların hara getdiyini öyrənəcək.
Bakuinfo.net