İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini Əli Fədəvi bildirib ki, İsrail və ABŞ-ın İrana qarşı qabaqlayıcı zərbə endirməsi ehtimalını istisna etmək olmaz.
Doğru.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Al Masirah” telekanalına müsahibəsində bildirib.
“Biz İranı üçüncü variantda “Doğru vəd” əməliyyatını həyata keçirməkdən çəkindirmək üçün hər hansı qabaqlayıcı zərbəni istisna etmirik”, – Fədavi bildirib.
Bununla belə, o əlavə edib ki, İsrailin İrana qarşı durmaq üçün kifayət qədər imkanları yoxdur.
DOĞRU.AZ