Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 4-cü turu start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turun açılış oyununda Türkiyə təmsilçisi “Beşiktaş” doğma azarkeşləri önündə "Qarabağ"ın da rəqiblərindən olan “Malmö”nü qəbul edib. Oyun İstanbul komandasının qələbəsi ilə bitib.
Azərbaycanın AL-dəki təmsilçisi “Qarabağ” 4-cü tur çərçivəsində sabah Norveçdə “Budyo Qlimt”lə üz-üzə gələcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
6 noyabr
Beşiktaş (Türkiyə) – Malmö (İsveç) 2:1
Qollar: Ernest Muci, 76. Semih Kılıçsoy, 85 - Soren Riyeks, 90+3.