AZ

İranda "Mossad" agentlərinə edam cəzası verilib

"Nüvə bombasının atası" İsraildə istehsal edilən və peyk vasitəsilə məsafədən idarə olunan qatil-robot vasitəsilə qətlə yetirilib..."
 
İranın Urmiyə şəhərinin inqilab məhkəməsi İsrailin xeyrinə İsrail xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda və diversiya fəaliyyətində təqsirli bilinən dörd İran vətəndaşına ölüm hökmü verib.
 
Moderator.az xəbər verir ki, bu barədı İRNA agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, nüvə alimi, fizik Möhsün Fəhrizadənin aradan götürülməsi işi üzrə üç nəfər məhkum edilib. İstintaqın versiyasına görə, onlar "Mossad"ın dəstəyilə alimin qətli yerinə silah çatdırıb.
 
Məhkəmə prosesinin təfsilatları və məhkum edilənlər barədə məlumat verilmir. Həmçinin dördüncü İsrail casusunun hansı ittihamlar üzrə məhkum edildiyi göstərilməyib.
 
2020-ci ilin noyabrında İran Fiziki Tədqiqatlar Mərkəzinin rəhbəri, İran İslam İnqilabı Keçikçiləri Korpusunun yüksək rütbəli zabiti Möhsün Fəhrixadəyə qarşı sui-qəsd edilib.
 
59 yaşıı Fəhrizadə "nüvə bombasının atası" kimi tanınıb. O, 27 noyabr 2020-ci ildə öz həyat yoldaşı və 12 cangüdənlə Tehran yaxınlığında səyahət edərkən ona 13 güllə vurulub.
 
Nəticədə o, ağır travmalar alıb və qanaxmadan xəstəxanada dünyasını dəyişib. Nə həyat yoldaşı, nə də təhlükəsiz xidməti əməkdaşlarından heç biri hücum nəticəsində zərər çəkməyib.
 
Sonradan alimin qətlinin bir neçə versiyası irəli sürülüb. Bu, terrorçuların hücumundan və partlayıcı maddə qoyulan avtomobilin partlaması versiyalarıdır.
 
Bir ildən sonra Amerikanın "The New York Times" nəşri adları çəkilməyən xüsusi xidmət orqanları əməkdaşlarına istinadən Fəhrizadənin "Mossad"ın avtomobildə quraşdırılan pulemyotdan istifadə etməklə keçirdiyi əməliyyat nəticəsində həlak olduğu barədə müfəssəl məqalə dərc edib.
 
Məqalədə deyilir ki, Fəhrizadəni İsraildə istehsal edilən qatil-robot məhv edib. Daha dəqiq desək, bu, israilli snayperin peyk vasitəsilə avtomobildə yerləşdirilən Belçika istehsalı olan pulemyota qoyulan robotun məsafədən işə salınması nəticəsində baş verib.
 
Qətldən sonra peyk vasitəsilə idarə edilən yüksək dəqiqli silahın məhv edilməsi üçün avtomobil partladılıb. Lakin buna tam nail olunmayıb.
Seçilən
17
moderator.az

1Mənbələr